Qelaşvili azarkeşlərinə söz verdi
“Qarabağ” klubu Avropa Liqasının birinci təsnifat mərhələsinin ilk oyununda olduğu kimi, cavab matçında da Makedoniya “Metallurq”unu 1:0 hesabı ilə yenməklə mərhələ adlayıb. Lakin Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan görüşdə Ağdam təmsilçisinin futbolçuları fərdi keyfiyyətlərini ortaya qoya bilməyiblər. Xüsusilə Nikoloz Qelaşvilinin bəxti gətirməyib. O, iki dəfə təkbətək epizoddan yararlanmamaqla yanaşı, bir dəfə də açıq qapını boşa verdi.

Ümumiyyətlə, 27 yaşlı hücumçu kimi üzərinə düşən vəzifəni yerinə yetirə bilməyən Qelaşvili oyundan sonra bunları bildirib: “Yeni komandamın heyətində cəmi iki oyun keçirmişəm, uyğunlaşma məsələsi var. Düşünürəm ki, bu gün üzərimə düşəni edə bilmədim. Azarkeşlərə söz verirəm ki, qarşıda daha güclü Qelaşvili görəcəklər”.

Xəbər 885 dəfə oxundu.