“Xəzər Lənkəran” növbəti mərhələdə - YENİLƏNİB
Bu gün Avropa Liqasının 1-ci təsnifat mərhələsinin cavab matçları başa çatacaq. İdman.com.az saytı xəbər verir ki, qitə miqyaslı klub turnirinin son oyun günündə təmsilçimiz “Xəzər Lənkəran” evdə Maltanın “Slima” komandası ilə qarşılaşır. Bu kollektivlər arasında ilk görüş heç-heçə bitib – 1:1.

“Ağ-yaşıllar” mərhələ keçəcəyi halda, 2-ci təsnifatda İsrailin Makkabi “Hayfa”sı ilə görüçəcək.

Avropa Liqası, 1-ci I təsnifat mərhələsi
11 iyul, gümə axşamı
Cavab görüşü

20:00. “Xəzər Lənkəran” (Azərbaycan) - “Slima” (Malta)
Hakimlər: Vim Smet, Dirk Giyon, Riyen Vanizere, Sem Loeman (hamısı - Belçika)
Qol: Rahid Əmirquliyev, 29
Qırmızə vərəqə: Elnur Abdullayev, 83 - Baldaçino Klifford Qatt, 71
Lənkəran. Mərkəzi şəhər stadionu
(İlk oyun – 1:1)

Xəzər Lənkəran: 30. Antonio Doblas, 27. Adrian Skarlatake, 6. Rasim Ramaldanov, 21. Radomir Todorov, 8. Eder Bonfim, 14. Rahid Əmirquliyev (k), 99. Marin Orsuliç, 23. Nikola Qliqorov, 7. Sadio Tounkara, 11. Zohair Benouahi, 12. Junior Nildo
Baş məşqçi: Con Toşak

Slima: 12. Qlenn Zammit, 28. Cüzeppe Muskat, 13. Baldaçino Klifford Qatt, 33. Stefano Byançard, 2. Aleks Muskat (k), 24. Paltemio Barbetti, 25. Matias Muçardi, 8. Mark Sçerri, 10. Stenli Oxavuçi Nka, 7. Con Mintoff, 11. Ariel Laudisi
Baş məşqçi: Alfonso Qreko

Matç başladı.
İlk hücum qonaqlardan gəldi. Amma Antonio Doblas mövqeyində diqqətlidir.
“Xəzər Lənkəran” borclu qalmadı. 4-cü dəqiqədə Nildonun zərbəsi qapıdan azaçıq aralı keçdi.
“Ağ-yaşıllar”dan növbəti hücum. Ederin sağ cinahdan hava ötürməsini Nildo başla rəqib qolkiperin üstünə göndərdi.
Nildodan yenə gözəl hərəkət. 12-ci dəqiqədə onun 20 metrlikdən vurduğu zərbəni Zammit çətinliklə qapının üstündən çölə çıxardı.
Tounkaradan gözəl driblinq. Rəqib müdafiəçi onu kobudluqla dayandırdı.
Qol!!! 29-cu dəqiqədə Orsuliçin sol cinahdan hava asmasını Əmirquliyev başla qapıya göndərdi.
Tounkara bu gün sağ cinahda çox fəaldır. 2 rəqib müdafiəçini arxada qoyan yarımmüdafiəçi Benouahiyə gözəl ötürmə versədə, adı sonuncu çəkilən futbolçu fürsəti düzgün dəyərləndirmədi.
Stadionda «Meksika dalğasi». Azarkeşlər doğma komandalarından 2-ci qol istəyir.
İlk hissə sona çatdı.
“Xəzər Lənkəran” 2-ci hissəyə fəal başladı.
Qarşılıqlı hücumlar var. Hər 2 komanda qol vurmaq istəyir.
Kapitan sarı vərəqə aldı.
Toşak oyunun gedişatına müdaxilə etməyə cəhd gödtərir: Nikolo Qliqorovun əvəzinə döyüşə Adrian Piti atdı.
Dəyişiklik bəhrəsini verdi. Təəssüf ki, Tounkara və Benouahi düşən fürsəti fövtə verdilər.
Rəqib də təhlükəli vəziyyət yaxaladı. Muskatın yaxın məsafədən zərbəsini Doblas tutdu.
71-ci dəqiqədə “Slima” azlıqda qaldı. Klifford kobudluğa görə qırmızı vərəqə aldı.
Elnur Abdullayev də ağir cəzalandı. Meydanda futbolçuların sayı bərabərləşdi.
Hakim oyuna 4 dəqiqə əlavə etdi.
Matç başa çatdı.

Xəbər 1188 dəfə oxundu.