“Qəbələ” dən yeddi cavabsız top
Türkiyənin İsparta bölgəsində təlim-məşq toplanışında olan “Qəbələ” futbol komandası üçüncü yoxlama oyununu keçirib.

“Qəbələ”nin bu dəfəki rəqibi Türkiyənin “İspartaspor” komandası olub. Əvvəlcədən “Qəbələ” “Antalyaspor”la yoxlama oyunu keçirməyi razılaşıb. Lakin sonradan rəqib dəyişdirilib. Qeyd edək ki, “İspartaspor” həvəskarlar liqasında çıxış edir.

Oyun Azərbaycan komandasının böyük hesablı qələbəsi ilə yekunlaşıb–7:0.

Qeyd edək ki, “Qəbələ” bundan əvvəl Türkiyədə iki oyun keçirmişdir. Zaparoje “Metallurq”u ilə sülh bağlayan (1:1) “Qəbələ” “Trabzonspor”a uduzub (0:2). “Qəbələ” iyulun 13-də Super Liqanı tərk etmiş “Mersin İdman Yurdu” komandası ilə qarşılaşacaq.

Xəbər 712 dəfə oxundu.