“Neftçi” “Dinamo” komandası ilə yoxlama oyunu keçirəcək
Avstriyada təlim-məşq toplanışında olan Azərbaycan çempionu “Neftçi” futbol komandası bu gün hazırlıq prosesi çərçivəsində sonuncu yoxlama matçına çıxacaq.

Baş məşqçi Böyükağa Hacıyev yetirmələrini bu dəfə Almaniyanın “Dinamo” (Drezden) klubu ilə görüşdə sınayacaq.

Qeyd edək ki, “Neftçi” Avstriyada bundan əvvəl beş oyun keçirib. Azərbaycan çempionu Rusiyanın “Volqa” klubuna 0:1, Almaniyanın “Energie Cottbus” komandasına 0:2, Hayfanın “Makkabi” (İsrail) kollektivinə 0:3 hesabı ilə məğlub olub. Yeganə qələbəsinin Almaniyanın “Wacker Burghausen” komandası üzərində qazanan (3:0) təmsilçimiz son olaraq Rusiyanın “Terek” klubu ilə qolsuz heç-heçəyə razılaşıb.

Xəbər 955 dəfə oxundu.