AZAL yoxlama oyununu keçirdi
Növbəti mövsümün hazırlıqlarını davam etdirən Bakının AZAL futbol komandası yoxlama oyunu keçirib.

Paytaxt klubu birinci divizion təmsilçisi “Şuşa” ilə qarşılaşıb.
Görüş paytaxt təmsilçisinin baş məşqçisi Vaqif Sadıqovun yetirmələrinin böyük hesablı qələbəsi ilə yekunlaşıb – 4:0.
AZAL-ın heyətində Viktor İbekoyi dubl etmiş, Əziz Korniyanq və Con Oluremi fərqləniblər.

Xəbər 934 dəfə oxundu.