“Milan” və “Santos” klubları arasındakı danışıqlar hələ də davam edir
“Milan” və “Santos” klubları arasında hücumçu Robinyonun keçidi barədə danışıqlar olub. Transferin qiyməti 6 milyon avro kimi dəyərləndirilir. Keçidin baş tutması üçün “Santos”un 29 yaşlı braziliyalı futbolçu ilə razılığa gəlməsi qalıb.

Qeyd edək ki, hazırda “Milan”ın şərəfini qoruyan Robinyo “Santos”un yetirməsidir. O, 2002-2005 və 2010-cu ildə bu klubda çıxış edib.

Xəbər 675 dəfə oxundu.