Yeni reytinq cədvəli açıqlandı
Beynəlxalq Həvəskar Boks Federasiyası (AİBA) yeni reytinq cədvəlini açıqlayıb.

Azərbaycan boksçularından yalnız ikisi – Teymur Məmmədov (91 kq) və Məhəmmədrəsul Məcidov (91+kq) reytinq cədvəlində ilk üçlüyə düşüblər. Dünya və Avropa çempionu, Olimpiya oyunlarının bürünc mükafatçısı Məcidov bütün rəqiblərini qabaqlayaraq, 2750 xalla siyahıya başçılıq edir.

Teymur Məmmədov isə yalnız ukraynalı Aleksandr Usikdən geri qalaraq, 2-ci yeri tutur.

Digər boksçularımızdan ən yaxşı göstərici Minskdə keçirilmiş Avropa çempionatında bürünc medal qazanmış Elvin Məmişzadəyə (52 kq) məxsusdur. Millimizin üzvü 1000 xalla cədvəldə 6-cı pillədədir.

Qeyd edək ki, yalnlz iki dərəcəsində - 75 və 81 kq-da boksçularımızdan heç biri ilk “otuzluğa” düşməyiblər.

Xəbər 1429 dəfə oxundu.