“Əzmkarlıq göstərib qələbə qazandıq”
“Əzmkarlıq göstərib qələbə qazandıq”.- bu sözləri jurnalistlərə Bakıda hərbçilər arasında keçirilən birinci Dünya Futbol Kuboku yarışlarının dörddəbir final mərhələsində Bəhreyn yığmasını məğlub etmiş Azərbaycan millisinin baş məşqçisi Nazim Süleymanov söyləyib.

N.Süleymanov: “Futbolda gözlənilməz hadisələr çox olur. Hesabda irəli olduğun halda geri də düşə bilərsən. Burada əsas məsələ əzmkar olmaqdadır. Əzmkarlıq göstərib özündə güc tapıb irəli çıxmağı bacarmalısan. İki gün əvvəl İraq yığması ilə oynamışdıq. İdmançılarımızda yorğunluq var idi. Amma əzmkarlıq göstərib Bəhreyn yığması üzərində qələbə qazandıq”.

Xəbər 685 dəfə oxundu.