"Rubin" növbəti yoxlama oyununu keçirdi
Milli komandamızın müdafiəçisi Ruslan Abışovun çıxış etdiyi "Rubin" bu gün hazırlıq prosesi çərçivəsində növbəti yoxlama oyununu keçirib. Kazan klubu Ukrayna "Metallist"i ilə qarşılaşıb. Ruslan Abışov meydana ikinci hissədə daxil olub. Matç həmyerlimizin klubunun 0:1 hesablı yenilgisi ilə başa çatıb. Görüşün taleyini həll edən yeganə qolu qarşılaşmanın 84-cü dəqiqəsində Qomes vurub.

Xəbər 691 dəfə oxundu.