«Xəzər Lənkəran» futbolçuları Qüdsü ziyarət ediblər
Azərbaycanı Avroliqada təmsil edən «Xəzər Lənkəran» klubu İsraildə gəzintiyə çıxıb. Turnirin II təsnifat mərhələsində Təl-Əviv «Makkabi»sinin rəqibi olan Lənkəran təmsilçisinin üzvləri Qüds şəhərinə üz tutublar. Futbolçularımız bu gün səhər saatlarında «Müqəddəs torpağı» ziyarət etməyə yollanıb. Qüds 3 – yəhudi, xristian və islam dininin nümayəndələri üçün müqəddəs şəhər sayılır. Yaxın Şərqdə yerləşən qədim şəhər 1947-ci ildə İsrailin paytaxtı olub.
«Xəzər Lənkəran» bu gün 1 məşqi olacaq və bu, yüngül xarakter daşıyacaq. Hazırlıq Təl-Əvivdə yerli vaxtla saat 18:00-da (Bakı vaxtilə saat 20:00-da) olacaq.
Qeyd edək ki, lənkəranlıların «Makkabi» ilə sabahkı səfər oyunu bizim vaxtla saat 22:30-da başlayacaq.

Xəbər 1147 dəfə oxundu.