Namiq Əliyev: Çempion, hər yaş qrupunda çempiondur
«Yeniyetmə və gənc güləşçilərimiz bu il də bizi sevindirdilər. İlk dəfə Avropa birinciliyində komanda hesabında birinci olduq. Demək, gələcək üçün narahatçılığa əsas yoxdur». Bunu idman.com.az saytına açıqlamasında AGF-in 1-i vitse-prezidenti Namiq Əliyev dedi.

Bu gün Vergilər nazirliyinin inzibatı binasında təşkil olumuş mükafatlandırmada iştirak edək AGF rəsmisi bildirdi ki, çempion elə hər yaş qrupunda çempiondur. Onu bir-birindən ayırmağa ehtiyac yoxdur. Sitat:

«Bu mövsüm uğurlu keçir. Yeniyetmə və gənclərimiz artıq öz sözlərini dedilər. Növbə usta güləşçilərimizindir. Əminəm ki, sentyabrda Macarıstanda keçiriləcək dünya çempionatında milli komandamız yaxşı çıxış edəcək. Bu zaman, yeni qəbul olunmuş qaydalar da bizim işimizə yarayacaq».

KAMRAN

Xəbər 1395 dəfə oxundu.