Boksçuların yeni reytinq cədvəli açıqlanıb
Beynəlxalq Həvəskar Boks Federasiyası (AİBA) yeni reytinq cədvəlini açıqlayıb. Azərbaycan boksçularından yalnız ikisi – Teymur Məmmədov (91 kq) və Məhəmmədrəsul Məcidov (91+kq) reytinq cədvəlində ilk üçlüyə düşüblər. İdman.com.az saytı xəbər verir ki, dünya və Avropa çempionu, olimpiya oyunlarının bürünc mükafatçısı Məcidov bütün rəqiblərini qabaqlayaraq, 2750 xalla siyahıya başçılıq edir. Teymur Məmmədov isə yalnız ukraynalı Aleksandr Usikdən geri qalaraq, 2-ci yeri tutur.

Digər boksçularımızdan ən yaxşı göstərici Minskdə keçirilmiş Avropa çempionatında bürünc medal qazanmış Elvin Məmişzadəyə (52 kq) məxsusdur. Millimizin üzvü 1000 xalla cədvəldə 6-cı pillədədir.
Qeyd edək ki, yalnlz iki dərəcəsində - 75 və 81 kq-da boksçularımızdan heç biri ilk “otuzluğa” düşməyiblər.

49 kq

1. David Ayrapetyan (Rusiya) - 2250
2. Kaeo Pongpraayon (Tayland) – 1400
3. Patrik Barns (İrlandiya) – 1400
...11. Salman Əlizadə (Azərbaycan) – 450

52 kq

1. Endryu Selbi (Uels) – 2200
2. Mişa Aloyan (Rusiya) – 1950
3. Maykl Konlan (İrlandiya) – 1850
...6. Elvin Məmişzadə (Azərbaycan) – 1000

56 kq

1. Cohn Co Nevin (İrlandiya) – 2350
2. Lazaro Alvarez Estrada (Kuba) – 1950
3. Ənvər Yunusov (Tacikistan) – 1500
...28. Samir Məmmədov (Azərbaycan) – 150

60 kq

1. Vasili Lomaçenko (Ukrayna) – 2500
2. Yasinel Toledo Lopez (Kuba) – 1600
3. Çul Soon Haan (Koreya) – 1350
...28. Elvin İsayev (Azərbaycan) 200

64 kq

1. Munx-Erden Urançimeq (Monqolustan) – 1950
2. Denis Berençik (Ukrayna) – 1700
3. Vinçenzo Manigapre (İtaliya) – 1500
...8. Heybətulla Hacəliyev (Azərbaycan) – 700

69 kq

1. Serik Sapiyev (Qazaxıstan) – 2100
2. Taras Şelestyuk (Ukrayna) – 1950
3. Andrey Zamkovoy (Rusiya) – 1300
...22. Tamerlan Abdullayev (Azərbaycan) – 300

75 kq

1. Yevgeni Xitrov (Ukrayna) – 1700
2. Florentino Falkao (Braziliya) – 1550
3. Boqdan Juratoni (Rumıniya) – 1300

81 kq

1. Yeqor Mexontsev (Rusiya) – 2000
2. Xulio Sezar Peraza (Kuba) – 1700
3. Adilbek Niyazimbetov (Qazaxıstan) – 1700

91 kq

1. Aleksandr Usik (Ukrayna) - 2500
2. Teymur Məmmədov (Azərbaycan) – 2150
3. Sergey Korneyev (Belarus) – 1450

+91 kq

1. 1. Məhəmmədrəsul Məcidov (Azərbaycan) – 2750
2. Entoni Coşua (İngiltərə) – 2100
3. İvan Dıçko (Qazaxıstan) - 1500

Xəbər 1258 dəfə oxundu.