Yığmamızın heyəti açıqlandı
17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının heyəti açıqlanıb. Almaniyalı baş məşqçi Nikolay Adam iyulun 15-dən 28-dək keçiriləcək təlim-məşq toplanışına qatılacaq futbolçuların siyahısını müəyyənləşdirib. Mütəxəssis Qəbələdə baş tutacaq hazırlıqlara 22 oyunçu çağırıb. Onlardan 4-ü ölkə xaricində çıxış edən legionerlərdir. Qəbələyə gedən heyətə Rusiyadan 1, Almaniyadan 3 futbolçu çağırılıb: Ağaseyid Qasımov, Kamran Nəsirov (hər ikisi “Qarabağ”), Nurlan Quluzadə, Elməddin Məmmədov, Emil Həsənzadə (hamısı "Neftçi"), Renat Ağaverdiyev, Umar Akmurzayev, Yusif Cəfərov (hamısı "Bakı"), Bəhlul Mustafazadə, Fərid Əsədli, Roman Hüseynov, Emin Zamanov, Yusif Nəbiyev, Sahil Mirzəyev, Tural Məmmədrzayev (hamısı "Qəbələ"), Elnur Cəfərov ("Xəzər Lənkəran"), Fərid Kərimzadə ("Sumqayıt"), Muxtar Əliyev (AZAL), Şahban Cəbrayılov ("Anji", Rusiya), Şahin Tolqa ("Ayntraxt", Almaniya), Altın Ozan ("Tus Koblens", Almaniya), Kama Benhur ("Darmştadt", Almaniya).

Xəbər 937 dəfə oxundu.