“Simurq” komandası polşalı qapıçı ilə müqavilə imzalayacaq
Zaqatalanın “Simurq” komandasının Türkiyədə təşkil olunmuş təlim-məşq toplanışında baxışdan keçən bir futbolçu haqqında qərar verilib.
Məşqçilər korpusunun rəyi əsasında Pavel Kapsa növbəti mövsümdə Zaqatala təmsilçisinin formasını geyinəcəkdir. Artıq polşalı qapıçı ilə ilkin razılıq əldə edilib.

Təcrübəli əlcək ustası tibbi müayinədən keçdikdən sonra komanda ilə 1+1 sistemi üzrə rəsmi müqaviləyə imza atacaqdır. 30 yaşlı qapıçı “Simurq”da 1 nömrəli formanı geyinəcəkdir.

Qeyd edək ki, P.Kapsanın son klubu Cənubi Kiprin “Olimpiakos” kollektivi olmuşdur. Karyerası ərzində isə “Ostrovets”, “Visla”, “Vidzev”, “Leçia”, “Alki”də forma geyinib.

Xəbər 691 dəfə oxundu.