“Araz” klubu daha 3 futbolçunun keçidini həll edib
Azərbaycan birinci divizionunda mübarizə aparan “Araz” klubu daha 3 futbolçunun keçidini həll edib. Belə ki, Akif Tağıyev, Hüseyn Məhəmmədov və Mikayıl Rhimovdur. Müvafiq olaraq, “Xəzər Lənkəran”, “Neftçi” və “Turan”dan ayrılmış oyunçularla 1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, baş məşqçi Əsgər Abdullayev yaxın 3-4 gün ərzində seleksiya işinə yekun vurub, komandanı hazırlığın əsas mərhələsi üçün Bakıya gətirəcək.

Xəbər 753 dəfə oxundu.