"Bursaspor"dan növbəti transfer
"Bursaspor" növbəti transferini reallaşdırmağa yaxındı.

Bursa təmsilçisinin rəsmilər "Cenoa"lı həmkarları ilə təcrübəli qapıçı Sebastyan Freyin keçidi ilə bağlı razılığa gəliblər. Qarşıdakı günlərdə transferin rəsmiləşəcəyi gözlənilir.

Xatırladaq ki, 33 yaşlı Fray 1998-ci ildən İtaliyada çıxış edir. O, "İnter", "Verona", "Parma" və "Fiorentina"nın da şərəfini qoruyub.

Xəbər 723 dəfə oxundu.