Robinyo "Milan"ı tərk edəcək
Robinyo "Milan"ı tərk etmək üzrədi.

"Rossenyerlər" braziliyalı forvardın "Santos"a keçidinə razılıq verib. Transferin qiyməti 6 milyon avro həcmində dəyərləndirilir. Keçidin reallaşması üçün indi "Santos" futbolçunun özü ilə ortaq məxrəcə gəlməlidir.

Xatırladaq ki, son mövsümdə İtaliya çempionatında 23 matça çıxan Robinyo cəmi 2 qol vurub.

Xəbər 725 dəfə oxundu.