Klub prezidenti razılığın əldə olunduğunu bildirdi
“Qalatasaray” azarkeşlərinin böyük maraqla gözlədiyi açıqlama Ünal Aysaldan gəldi. Aysal Melo ilə bağlı qərar verib.

Klub prezidenti Melo və Vellinqton transferində razılığın əldə olunduğunu bildirib. Seçim sırası isə Fatih Terimə gəlib. Belə ki, türkiyəli mütəxəssis iki ulduzdan birini seçməlidi.

Bundan əvvəl isə Umut Bulutla transfer məsələsini həll edən “sarı-qırmızılar” futbolçunu 2.5 mln avro qarşılığında heyətinə qatıb.

Xəbər 920 dəfə oxundu.