Klubunun hücumçusu razılıq verdi
«Milan» «Santos» klubunun hücumçu Robinyonun keçidi ilə bağlı göndərdiyi təklifə razılıq verib.

İdman.com.az saytı xarici mətbuata istinadən xəbər verir ki, transferin dəyəri 6 milyon avrodur. Keçidin tam rəsmiləşməsi üçün Santos futbolçunun özü ilə şəxsi müqaviləni yoluna qoymalıdır.

Son mövsümdə 29 yaşlı Robinyo İtaliya çempionatının 23 oyununda meydana çıxıb və 2 qol vurub.

Xəbər 654 dəfə oxundu.