Futbolçu "River Pleyt"in təklifini geri çevirdi
Martin Demikelis karyerasını "Atletiko"da davam etdirməyi düşünür.

"Marca" mətbuatının yaydığı xəbərə görə, "Malaqa" ilə müqavilə müddəti başa çatan argentinalı futbolçu Madrid klubuna havayı başa gələcək..

Qeyd edək ki, Demikelisin vətəninə qayıtmaq şansı da var idi. Amma nədənsə futbolçu "River Pleyt"in təklifini geri çevirib və "Atletiko"da oynamaq istədiyini bildirib. O, yeni komandasıyla 1 illik müqavilə imzalayacaq.

Xəbər 900 dəfə oxundu.