FİA insidentdən sonra nəticə çıxardı
FİA nəhayət ki, Almaniya qran prisində baş verən insidentdən sonra nəticə çıxarıb.

İdman.com.az saytı xəbər verir ki, bir müddət əvvəl yarışda
Mark Uebberin pit stopu zamanı bərkidilməmiş təkər çıxaraq operatoru yaralayıb. Bundan sonra beynəlxalq qurum pit-leyndə təhlükəsizlik tədbirlərini gücləndirmək üçün bir sıra qərarlar verib.

İlk qərar pit-leyndəki sürətin 100 km/saatdan 80-ə endirilməsi olub. İkinci qərarə görə, pit-leyndə olan bütün insanlar dəbilqə taxmalıdırlar. Rəsmi şəxslər və komanda üzvlərindən əlavə heç kim pit-leynə buraxılmayacaqlar. Jurnalistlər isə yalnız pit-uolla daxil ola bilərlər.

Xəbər 759 dəfə oxundu.