Braziliyalı mərkəz müdafiəçisi Azərbaycan klubuna təklif olunub
Braziliyalı mərkəz müdafiəçisi Denis Viana da Silva Azərbaycan klubuna təklif olunub. 27 yaşlı ucaboy müdafiəçi “Rəvan” klubuna təklif edilən futbolçular siyahısında olub.


“Rəvan”ın məşqçilər korpusu futbolçu ilə bağlı bəzi araşdırmalar apardıqdan sonra onun, komandaya uyğun olmadığı qənaətinə gəliblər. Odur ki, futbolçudan imtina edilib.
Qeyd edək ki, tez-tez klub dəyişməsi ilə seçilən müdafiəçi 9 illik karyerası ərzində 13 klubda forma geyinib. O, son 3 ildə Albaniya çempionatında çıxış edib və “Bylis” eləcə də “Skenderbeu”nun uğurları üçün çalışıb. Da Silva yanvardan bəri klubsuzdur.

Xəbər 616 dəfə oxundu.