“Bakı” “Hermagor” komandasına qalib gəlib
Yeni mövsümə Avstriyada hazırlaşan “Bakı” futbol komandası təlim-məşq toplanışı çərçivəsində ilk yoxlama oyununa çıxıb.

Paytaxt təmsilçisi yerli “Hermagor” komandası ilə qarşılaşıb. Görüş “Bakı”nın yeni baş məşqçisi Milinko Pantiçin rəhbərliyi altında ilk sınağı olub.
Serbiyalı mütəxəssisin debüt matçında “Bakı” komandası 4:1 hesabı ilə qalib gəlib.

Xəbər 659 dəfə oxundu.