Oyundan öncə mətbuat konfransı keçiriləcək
UEFA Avropa Liqasının I təsnifat mərhələsinin “Xəzər Lənkəran” -“Slima” cavab oyunundan bir gün öncə hər iki klubun çalışdırıcılarının mətbuat konfransı keçiriləcək. Rəqib komandanın baş məşqçisi Alfonso Qreko sabah, iyul ayının 10-da saat 19.30-da mətbuat nümayəndələrinin qarşısına çıxacaq. Bununla yanaşı saat 20-də “Slima” klubu matçın keçiriləcəyi əsas meydanda oyunöncəsi son məşqinə cıxacaq. “Xəzər Lənkəran”ın baş məşqçisi Con Toşak isə saat 20-də jurnalistlərin suallarını cavablayacaq.

Xəbər 654 dəfə oxundu.