“Metallurq” sabah Azərbaycana gələcək
Avroliqanın ilk təsnifat mərhələsində "Qarabağ"ın rəqibi olan “Metallurq” sabah Azərbaycana gələcək. Skopye təmsilçisi saat 21:00-da oyunun keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionunda məşqə çıxacaq. Bundan 30 dəqiqə öncə isə Makedoniya klubunun baş məşqçisi Srjan Zahariyevski jurnalistlər qarşısına çıxacaq.

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı isə saat 19:30-da başlayacaq.

Xəbər 724 dəfə oxundu.