FİDE “Qran-pri” mərhələsinin sonuncu turniri
Pekində kişilər arasında şahmat üzrə FİDE “Qran-pri” mərhələsinin axırıncı beşinci turniri davam edir.

Ölkəmizi bu yarışmada təmsil edən qrossmeyster Şəhriyar Məmmədyarov turnirin növbəti turunda qara fiqurlarla Rusiya şahmatçısı Aleksandr Qrişuk ilə oynayacaq.
Turnirdə dünyanın 12 güclü beynəlxalq qrossmeysterləri- Sergey Karyakin (Rusiya), Veselin Topalov (Bolqarıstan), Aleksandr Morozeviç (Rusiya), Peter Leko (Macarıstan), Gata Kamski (ABŞ), Aniç Giri (Niderland), Boris Gelfand (İsrail), Vasili İvançuk (Ukrayna), Hao Vang, Yue Vang (hər ikisi Çin) və təmsilçimiz Şəhriyar Məmmədyarov qələbə uğrunda mübarizə aparırlar.

İyulun 17-də başa çatacaq turnir 11 turdan ibarətdir.

Xəbər 687 dəfə oxundu.