Nazim Süleymanov: İraq yığması qrupun lideri sayılırdı
İraq yığması qrupun lideri sayılırdı. Buna görə də futbolçuları oyuna xüsusi olaraq kökləməyə ehtiyac yox idi. Biz rəqibimizdən daha üstün olduğumuza inanırdıq. Bu üstünlüyü meydanda sübut etmək qalırdı. Futbolçularımız bunu bacardılar, buna görə onlara təşəkkür edirəm.
Bu sözləri hərbçilər arasında birinci Dünya Futbol Kuboku yarışlarının növbəti turunda İraq komandasını məğlub etmiş Azərbaycan yığmasının baş məşqçisi Nazim Süleymanov deyib.

Baş məşqçi bildirmişdir ki, növbəti rəqib Bəhreyn komandasıdır. Vaxt az olduğu üçün komandamız normal bərpa prosesi keçməlidir.

Xəbər 673 dəfə oxundu.