Dünya Futbol Kuboku yarışlarının qrup mərhələsinə yekun vurulub
Bakıda Beynəlxalq Hərbi İdman Şurasının hərbçilər arasında birinci Dünya Futbol Kuboku yarışları davam edir.
16 komandanın iştirakı ilə təşkil edilən yarışın qrup mərhələsinə yekun vurulub.
İyulun 8-də qrup mərhələsi çərçivəsində sonuncu dörd oyun keçirilib.
“Dalğa Arena”da “C” qrupunda yer alan Oman–Kot-Divuar yığmaları qarşılaşıblar. Oman yığması 2:1 hesabı ilə qələbə qazanıb. Həmin qrupda daha bir oyun Bayıl stadionunda keçirilib. Burada Almaniya-ABŞ yığmaları üz-üzə gəliblər. Bu oyunda ABŞ üstün olub 4:1.

“D” qrupunda isə Braziliya-Niderland və Qətər-Kamerun komandaları qarşılaşmışlar. “Şəfa” stadionunda keçirilən Braziliya-Niderland oyununda Braziliya yığması 5:1 hesabı ilə qalib gəlib.

Zirə stadionunda keçirilən Qətər-Kamerun qarşılaşmasından isə Kamerun yığması 2:1 hesablı qələbə ilə ayrılıb.

Xəbər 838 dəfə oxundu.