Krauç "Trabzonspor"un maraq dairəsindədir
Halil Altıntopun "Auqsburq"a gedişindən sonra "Trabzonspor" hücumçu axtarışına çıxıb. "Stok Siti"nin hücumçusu Piter Krauç "Trabzonspor"un maraq dairəsindədir. Hazırda ucaboy forvardın keçidi ilə bağlı 2 klub arasında danışıqlar gedir. Krauçun "Stok Siti" ilə hələ 2 illik sözləşməsi var.

Xatırladaq ki, Krauç 2011-ci ildə "Tottenhem"dən 11 milyon avro qarşılığında transfer olunub. Hazırda isə "Stok Siti" ona görə "Trabzonspor"dan 4 milyon avro tələb edir.

Xəbər 662 dəfə oxundu.