“France football” azərbaycanlı iş adamından yazdı
“Baghlan group”un və “Bakı”nın prezidenti Hafiz Məmmədovun “Lans”ın səmhlərini almasından sonra Fransada onun şəxsiyyətinə maraq daha da artıb. Bu dəfə təkcə bu ölkənin deyil, bütün dünyanın ən nüfuzlu idman nəşrlərindən olan “France football” azərbaycanlı iş adamıyla bağlı portret yazı dərc edib.

Yazıda qeyd olunub ki, Azərbaycanın Ermənistanla müharibə şəraitində yaşadığı, Fransada “erməni soyqırımı” ilə bağlı məsələnin daim gündəmdə olduğu bir vaxtda H.Məmmədovun “Lans”ı alması Fransada Azərbaycanın nüfuzunun artmasına yönəlib. “France football” yazıb ki, H.Məmmədov cəsarətli addım ataraq “Lans”ın büdcəsinə 14 milyon avro köçürəcək.

Eyni zamanda yazıda yaxın gələcəkdə H.Məmmədovun sponsorluq edəcəyi klubda 3-4 azərbaycanlı futbolçunun oynayacağı qeyd edilib.

Xəbər 658 dəfə oxundu.