Yığmamız Bəhreyn komandası ilə qarşılaşacaq
akıda Beynəlxalq Hərbi İdman Şurasının hərbçilər arasında birinci Dünya Futbol Kuboku yarışlarının dörddəbir final mərhələsində Azərbaycan yığması “B” qrupunda ikinci yeri tutmuş Bəhreyn komandası ilə qarşılaşacaq.

Oyun iyulun 10-da saat 21:00-da “Dalğa Arena”da keçiriləcəkdir.
Hərbçilər arasında birinci Dünya Futbol Kuboku yarışlarının qrup mərhələsində son oyununu iyulun 8-də “Dalğa Arena”da keçirən Azərbaycan yığması Rəhman Hacıyev, Elvin Məmmədov və Nurlan Novruzovun vurduğu qollar sayəsində İraq komandası üzərində 3:0 hesabı ilə inamlı qələbə qazanmışdır. Komandamız turnirin ilk oyununda Mali yığmasına, ikinci qarşılaşmada isə Kanada komandasına, müvafiq olaraq 4:0 və 2:0 hesabı ilə qalib gəlmişdir.
Beləliklə, qrupda keçirdiyi bütün oyunları qələbə ilə başa vuran və indiyədək qapısının toxunmazlığını qoruyub saxlayan Azərbaycan yığması dörddəbir final mərhələsinə qrup birincisi kimi vəsiqə qazanmışdır.

Xəbər 928 dəfə oxundu.