Müdafiəçi yeni kluba keçdi
Kosta-Rika çempionatının 2-ci divizionunda çıxış edən “Puma”nın mərkəz müdafiəçisi Rocer Falyas yüksək divizion təmsilçisi “Universidad de Kosta-Rika” klubuna keçib. Onun transferi yeni komandasına 50 futbol topuna başa gəlib.

Bu barədə “Puma”nın prezindenti Riqoberto Çinçilya məlumat verib: “Onun getməsinə maneə yaratmadım. Çünki futbolçumuzu yüksək divizion oyunlarında görmək bizim üçün böyük şərəfdi. Amma əvəzində qarşı tərəfdən 50 futbol topu tələb etdim”.

Xəbər 942 dəfə oxundu.