Klubdan futbolçuya rəsmi təklif
“Mançester Siti” “Fiorentina”nın hücumçusu Stevan Yovetiç uğrunda mübarizəyə qoşulub.

“Gazzetta dello Sport” nəşrinin məlumatına görə, İngiltərə klubu artıq futbolçu üçün 30 milyon avroluq təklif hazırlayıb. Monteneqro millisinin forvardı ötən mövsüm İtaliya çempionatında 31 oyun keçirib, 13 qol vurub və 5 məhsuldar ötürmə verib.

Xəbər 666 dəfə oxundu.