Futbolçumuz “Denizlispor” klubunda
Futbol üzrə Azərbaycan yığmasının sabiq müdafiəçisi Saşa Yunisoğlunun Türkiyənin “Denizlispor” klubuna keçidi rəsmiləşib.

Yunisoğlu bu klubla 2 illik müqavilə imzalayıb. Futbolçu “Denizlispor”la anlaşdığı üçün xoşbəxt olduğunu bildirib.

Qeyd edək ki, milli komandada 27 oyun keçirmiş Saşa indiyədək “İnter”, “Neftçi”, “Bakılı”, “MKT-Araz”, “Diskobolia” (Polşa), “Poloniya” (Varşava, Polşa), “Bakı”, “Qəbələ” və AZAL-ın formasını geyinib.

Xəbər 693 dəfə oxundu.