İdmançı “Atletiko”nun uğurları üçün tər tökəcək
“Barselona”da forma geyən David Vilya Madrid klubuna transfer olub. İspaniyalı forvard “Atletiko”nun uğurları üçün tər tökəcək.
Klubun rəsmi saytında verilən məlumata görə, 31 yaşlı hücumçu həkim yoxlamasından keçdikdən sonra onunla müqavilə imzalanacaq. Vilyanın növbəti 3 ildə Madriddə qalması nəzərdə tutulub.

Xəbər 980 dəfə oxundu.