Formula-1 yarışlarının təqvimində daha bir şəhər
Formula-1 yarışlarının təqviminə daha bir şəhər əlavə edilə bilər. Gələcəkdə mərhələlərdən birini Azərbaycan paytaxtı Bakı şəhərinin qəbul etməsi şansı yaranıb.

Formula-1 yarışlarının baş promouteri Berni Eklstoun Bakıda idmanın bu növü üzrə “Qran-pri” mərhələsini keçirmək fikrində olduğunu bildirib. Bu barədə o, Almaniya mətbuatına müsahibəsində danışıb.

Bildirmişdir ki, biz ABŞ-da daha iki yarış keçirmək fikrindəyik. Həmçinin Tailand və Bakıda da mərhələ keçirməyi planlaşdırırıq.
Formula-1 yarışlarında bu il 19 mərhələ keçirilir. Gələn il təqvimə Rusiyanın Soçi şəhəri də əlavə ediləcəkdir. Bundan əlavə, qonşu ölkədə Moskva “Qran-pri”sinin keçirilməsi də gündəmdədir. Orada 2016-cı ilədək yeni trasın inşa edilməsi planlaşdırılır.

Xəbər 916 dəfə oxundu.