Gənc müdafiəçi ciddi zədə alıb
"Bakı"nın və hərbçilərdən ibarət millimizin üzvü Şəhriyar Əliyevin ayağı sınıb. Gənc müdafiəçi hərbçilərin dünya çempionatında İraqa qarşı baş tutan matçda ciddi zədə alıb. Məlum olub ki, Əliyevin ayağı sınıb. Futbolçunun ayağı hazırda gipsdədir və həkimlərin bildirdiyinə görə 3-4 həftə belə qalmalıdır. Hələlik Şəhriyarın məşqlərə nə zaman başlayacağı bəlli deyil.

Xəbər 753 dəfə oxundu.