“Biz İquainı satmaq istəmirik”
“Real”ın prezidenti Florentino Peres komandanın hücumçusu Qonsalo İquainin “Arsenal”a transfer olunacağı ilə bağlı xəbərlərə münasibət bildirib. Madrid təmsilçisinin rəhbəri bu xəbərləri təkzib edib:
“Biz İquainı satmaq istəmirik. Bundan başqa, “Arsenal” Qonsalo üçün hələ heç bir təklif göndərməyib. Nə də ki, biz onlardan 10 milyon və ya 27 milyon avro dəyərində transfer təklifi almamışıq. Ümumiyyətlə, heç kəs bizə Qonsalo ilə bağlı müraciət etməyib”.

Xəbər 1308 dəfə oxundu.