“Neftçi”dən maraqlı təklif
Hazırda Avstriyada olan “Neftçi” klubunun vitse-prezidenti Tahir Süleymanov “Xəzər Lənkəran”a maraqlı təklif irəli sürüb. Süleymanov bildirib ki, “Makkabi” – “Neftçi” klubu arasında keçirilmiş yoxlama görüşünün tam videoyazısını cənub klubuna təqdim etməyə hazırdırlar:


“Makkabi” “Xəzər Lənkəran”ın potensial rəqibidir. Biz isə 2 gün öncə “Makkabi” ilə görüşmüşük. Həmin oyunun tam videoyazısını “Xəzər Lənkəran”a təqdim etməyə hazırıq. İstəsələr, bu dəqiqə verə bilərik”.
Qeyd edək ki, “Xəzər Lənkəran” “Slima” səddini keçərsə, “Makkabi” ilə üz-üzə gələcək.

Xəbər 877 dəfə oxundu.