Benteke ilə maraqlananlar var
"Çelsi" növbəti transferini reallaşdırmaq istəyir. London klubu "Aston Villa"nın hücumçusu Kristian Bentekeyə elçi düşüb. Edinson Kavaninin PSJ-yə keçdiyi haqda məlumatlar yayıldıqdan sonra London klubu diqqətini məhz Belçika millisinin hücumçusuna yönəldib. "Çelsi"nin baş məşqçisi Joze Maurinyo Bentekeni sərəncamında görməkdə israr edir.

Qeyd edək ki, Benteke ilə "Tottenhem" və "Liverpul" da yaxından maraqlanır.

Xəbər 944 dəfə oxundu.