Qəbələ” boksçuları “Fənərbağça”dan üstün oldu
Dünən Qəbələ Olimpiya İdman Kompleksində “Qəbələ” və Türkiyənin “Fənərbağça” idman klublarının boksçuları arasında yoldaşlıq görüşü baş tutub.

Döyüşlər 8 çəki dərəcəsində mübarizə aparmışlar keçirilib. Dəbilqə ilə döyüşən boksçuların görüşündə Rüstəm Musayev Muhammet Ünlünü (52 kq), Hidayət Musayev Hakan Kaynarı (69), Ramil Əhmədov Osman Aydını (75 kq) məğlub edib. Məhəmmədəli Tahirov isə Şeyda Kəsərə (91 kq) uduzub.

Dəbilqəsiz yarışlarda isə Ruslan Alıyev Volkan Gökçəkə (60 kq) qalib gəlsə də, Şahin Həsənov Yakup Şənərə (69 kq), Elvin Qənbərov isə Öndər Şipala (75 kq) məğlub olub. Görüşün son qarşılaşması daha maraqlı keçib.

Türk idmançısı qalib gəlsəydi, hesab bərabərləşəcəkdi. Amma Rahil Məmmədli Avni Yıldırımı (81 kq) məğlub etməyi bacarmış və yoldaşlıq görüşü 5:3 hesabı ilə “Qəbələ” komandasının xeyrinə başa çatıb.

Xəbər 959 dəfə oxundu.