Azad Rəhimov Kazanda Azərbaycan idmançıları ilə görüşüb
İyulun 7-də Azərbaycan Respublikasının gənclər və idman naziri Azad Rəhimov Rusiyanın Kazan şəhərinə gələrək XXVII Ümumdünya Universiadasında iştirak edən Azərbaycan idmançıları ilə görüşüb.

İdman.com.az saytı xəbər verir ki, Universiada kəndində komandamızın yaşadığı binada yaradılmış şəraitlə tanış olan nazir idmançılarımızla söhbət edərək onlara uğurlar arzulayıb.

Nazir Azad Rəhimov komandamızın qərargahı, Universiada kəndinin yeməkxanası və digər obyektlərlə də tanış olub.

Xəbər 1957 dəfə oxundu.