Saşa Yunisoğlu müqaviləsini pozdu
Azərbaycan milli komandasının sabiq üzvü Saşa Yunisoğlu “Sumqayıt”la cəmi bir neçə gün öncə imzaladığı müqaviləni qarşılıqlı razılıq əsasında pozub. Millimizin üzvü dünən klubdan aldığı transfer vərəqinin qarşılığında heç bir məbləğ ödəməyib. Rəşad Məmmədovun sözlərinə görə: məlumat verib: “Saşa “Sumqayıt” klubundan transfer vərəqini heç bir problemlə üzləşmədən alıb. Çünki rəsmi müqavilədən öncə belə bir söz qoyulmuşdu ki, Yunisoğluna ölkə xaricindən sərfəli təklif gələrsə, klub ona heç bir problem yaratmayacaq. Deyilənə görə, Saşa ölkədən gedir. Amma mən onun konkret hansı kluba gedəcəyini bilmirəm”.

Qeyd edək ki, Saşanın adıTürkiyə birinci liqa klubu “Dənizlispor”la birgə hallanır.

Xəbər 716 dəfə oxundu.