Baş məşqçi iş yerini dəyişəcək
“Tottenhem”in baş məşqçisi Ander Villaş-Boaş bir ildən sonra iş yerini dəyişəcək.

İdman.com.az saytı xəbər verir ki, bu barədə “The Daily Mail” nəşrində məlumat verilib. Portuqaliyalı mütəxəssisin “Monako”nun “sükanı arxasına” keçəcəyi gözlənilir.

Qeyd edək ki, hazırda bu komandanı Klaudio Ranyeri çalışdırır. Villaş-Boaş bu yay da Fransa klubunun baş məşqçisi ola bilərdi. Lakin o, “Monako” rəhbərliyindən 1 il daha Londonda qalmağı xahiş edib.


Xəbər 726 dəfə oxundu.