London klubunun diqqəti Belçika millisində
“Çelsi” “Aston Villa”nın hücumçusu Kristian Bentekeylə bağlı təklif hazırlayır. PSJ-nin Edinson Kavaniylə anlaşmasından sonra London klubu bütün diqqətini Belçika millisinin futbolçusuna yönəldib.

“Çelsi”nin baş məşqçisi Joze Mourinyo üçün 22 yaşlı forvardın namizədliyi prioritet sayılır.

Qeyd edək ki, Benteke həm də “Tottenhem” və “Liverpul”un maraq dairəsindədir.

Xəbər 705 dəfə oxundu.