“Qəbələ” ikinci yoxlama oyununda
Növbəti mövsümün hazırlıqlarını Türkiyədə davam etdirən “Qəbələ” futbol komandası ikinci yoxlama oyununu keçirib.

Türkiyə Superliqa təmsilçisi “Trabzonspor”la qarşılaşan “Qəbələ” rəqibinə 0:2 hesabı ilə məğlub olub.

“Qəbələ” iyulun 14-dək bu ölkədə hazırlıq keçəcək. Toplanış çərçivəsində komandamızın növbəti rəqibləri “Antalyaspor” (10 iyul) və “Mersin İdman Yurdu” (13 iyul) olacaq.

Qeyd edək ki, “Qəbələ” Türkiyədə ilk yoxlama oyununu Ukraynanın “Metallurq” (Zaporojye) komandasına qarşı keçirmiş və matç heç-heçə ilə yekunlaşıb – 1:1.

Xəbər 678 dəfə oxundu.