Azərbaycan millisi İraq yığması ilə qarşılaşacaq
Bakıda Beynəlxalq Hərbi İdman Şurasının hərbçilər arasında birinci Dünya Futbol Kuboku yarışları davam edir.

“A” qrupunda yer almış Azərbaycan millisi iyulun 8-də “Dalğa Arena”da İraq komandası ilə qarşılaşacaq.

Bundan əlavə, “A” qrupunda Mali-Kanada, “B” qrupunda Əlcəzair - Fransa, Bəhreyn – Keniya qarşılaşmaları keçiriləcək.

Oyunlar Bayıl, “Şəfa” və Zirə stadionlarında təşkil olunacaq.
“A” qrupunda qərarlaşmış Azərbaycan yığması keçirdiyi hər iki oyunda qələbə qazanmışdır. Azərbaycan millisi Kanada və Mali yığmalarını məğlub edib.

Azərbaycan komandası İraq yığması ilə eyni xal (6) toplasa da, topların fərqinə görə 2-ci yerdə qərarlaşıb.

Növbəti yerləri isə Mali və Kanada komandaları tuturlar.
“A” qrupunda hansı komandanın lider kimi mərhələni başa vuracağı bu gün keçiriləcək Azərbaycan-İraq komandalarının qarşılaşmasından sonra məlum olacaq.

Xəbər 974 dəfə oxundu.