Uşak Sportifdən daha bir transfer
Beko Basketbol Liqasının yeni qrupu olan Uşak Sportif komandası artıq daha bir oyunçu ilə razılığa gəlib.

İdman.com.az saytı xəbər verir ki, bu oyunçu Tofaşdan olan İbrahim Yıldırımdır. Klubun başçısı Serdar Sağıroğlu mətbuata verdiyi açıqlamasında transferlərin hələ də davam edəcəyini bildirib.

Xatırladaq ki, bu qrup bir neçə gün bundan öncə Alper Saruhanı və Yiğitcan Turnanı öz komandasına transfer etmiş, Justin Antoni Karter ilə isə müqaviləni 1il müddətinə uzadıb.


Aynurə

Xəbər 1195 dəfə oxundu.