Güləşçilərimizdən şad xəbər
Makedoniyada gənclər arasında güləş üzrə Avropa çempionatına yekun vurulub. Skopye şəhərində keçirilən yarışın sonuncu günündə 55, 66, 84 və 120 kq çəki dərəcələrində sərbəst güləşçilər mübarizəyə qoşulub.
Son gündə Ruslan Surxayev qızıl (55), Hacımurad Ömərov (66) gümüş, Əli Maqomedabirov isə (120) bürünc medal qazanıb. Qazanılan medallara görə komandamız Avropa birincisi olub.

Xəbər 910 dəfə oxundu.