Gənclər və idman naziri Kazanda Azərbaycan idmançıları ilə görüşüb
Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov iyulun 7-də Rusiyanın Kazan şəhərində XXVII Ümumdünya Universiadasında iştirak edən Azərbaycan idmançıları ilə görüşüb.

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyindən AzərTAc-a bildirmişlər ki, Universiada kəndində komandamızın yaşadığı binada yaradılmış şəraitlə tanış olan A.Rəhimov idmançılarla söhbət etmiş, onlara uğurlar arzulayıb.

Nazir Azad Rəhimov, komandamızın qərargahı, Universiada kəndinin yeməkxanası və digər obyektlərlə də tanış olub.

Xəbər 902 dəfə oxundu.